Əfqan Sadıqov həbs edildi

Gədəbəydə dəhşətli qətl - Keçmiş arvadının başını kəsdi


Gədəbəydə qətl hadisəsi törədilib

MilliYol.Az Musavat.com-a istinadən verdiyi məlumata görə, rayonun Arıxdam kəndində 1988-ci il təvəllüdlü Fariz Muxtarov boşandığı həyat yoldaşı, 1988-ci il təvəllüdlü Mətanət Muxtarovanın başını kəsib.

Cinayəti törədən F. Muxtarov hadisə yerindən qaçıb. Hazırda hüquq-mühafizə orqanları onun tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirir.

Məlumata görə F. Muxtarovla M. Muxtarova təxminən iki il əvvəl boşanıblar. Onların iki azyaşlı övladı var. Qətl hadisəsi M. Muxtarovanın atasının evində törədilib.

Faktla bağlı araşdırma aparılır.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Gədəbəydə dəhşətli qətl - Keçmiş arvadının başını kəsdi - Milliyol.az