Əfqan Sadıqov həbs edildi

Fransızlar Mitteranı 40 ilin ən yaxşı prezidenti sayır  

Fransızlar son 40 ildə ölkə rəhbəri olmuş dövlət başçıları içində Fransua Mitteranı ən yaxşı prezident hesab edib

Novator.az-ın məlumatına görə, Odaxa Mərkəzinin “Fiqaro” qəzeti üçün apardığı sorğu belə göstərir.

Oktyabrın 2-si və 3-də 996 nəfər arasında aparılan sorğunun nəticələrinə əsasən, respondentlərin 31%-i Fransua Mitteranı (1981-1995-ci illərdə prezident olub) son 40 ilin ən yaxşı prezidenti sayır.

İkinci yerdə 26%-lə Jak Şirak (1995-2007), üçüncü yerdə 14%-lə Nikola Sarkozi (2007-2012) gəlir.

İndiki prezident Emmanuel Makronu (2017-ci ilin mayından dövlət başçısıdır) respondentlərin 10%-i dəstəkləyib.

Sorğu iştirakçılarının 4%-i Fransua Olandın (2012-2017) ən yaxşı prezident olduğunu deyib.

Fransada dövlət başçısı postunu daha əvvəlki illərdə Şarl de Qoll, Jorj Pompidu, Valeri Jiskar d’Esten də tutublar.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Fransızlar Mitteranı 40 ilin ən yaxşı prezidenti sayır - Milliyol.az