Fransa səfirliyinin yaxınlığında terror


Burkina-Fasonun paytaxtı Uaqaduquda Fransa səfirliyinin yaxınlığında terror aktı baş verib

Hadisə şahidləri avtomobildən bir qrup şəxsin çıxaraq atəş açmağa başladığını deyib.

Atəş səslərinin hazırda da eşidildiyi bildirilir.

Fransanın Burkina-Fasodakı səfirliyi öz ölkə vətəndaşlarına müraciət edərək küçəyə çıxmamağa çağırıb.

Hadisənin digər təfərrüatları hələlik məlum deyil.(trend)

MilliYol.Az
Fransa səfirliyinin yaxınlığında terror - Milliyol.az