Əfqan Sadıqov həbs edildi

“Formula 1 Azərbaycan Qran Prisi”nə baxmağa Bakıya 94 min azarkeş gəlib


Aprelin 29-da başa çatan Formula 1 Azərbaycan Qran Prisinə baxmağa 94 min azarkeş gəlib

Bu barədə “Formula 1”in mətbuat xidmətinin "Twitter"dəki səhifəsində qeyd olunub.

Belə olan halda Qran Priyə görə Bakıya gələnlərin sayı ötən illə müqayisədə 31 faiz artıb.

Xatırladaq ki, keçən il Bakıda keçirilmiş Formula 1 yarışına 71451 tamaşaçı gəlmişdi.

Qeyd edək ki, 27-29 aprel tarixlərində Bakıda keçirilən 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran Prisinin qalibi "Mercedes" komandasının pilotu Lyuis Hemilton olub.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

“Formula 1 Azərbaycan Qran Prisi”nə baxmağa Bakıya 94 min azarkeş gəlib - Milliyol.az