Əfqan Sadıqov həbs edildi

FIFA icarəyə verilən futbolçuların sayına məhdudiyyət tətbiq edə bilər

FIFA icarəyə verilən futbolçuların sayına məhdudiyyət tətbiq edə bilər

MilliYol.Az “Report”-a istinadən xəbər verir ki, ali futbol qurumu maksimum 8 oyunçunun icarəsinə icazə verməyi planlaşdırır. Üstəlik, bir klubun digərinə ən çox 4 futbolçu göndərməsi nəzərə tutulub. Bununla belə, klubların 21 yaşadək yetirmələri istisna təşkil edəcək.

Qərar qüvvəyə minərsə, bu, ən çox İngiltərənin “Çelsi” və İtaliyanın “Yuventus” klublarına təsir edəcək. Bu klublar yay fasiləsində müvafiq olaraq, 40 və 26 oyunçusunu icarəyə verib.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

FIFA icarəyə verilən futbolçuların sayına məhdudiyyət tətbiq edə bilər - Milliyol.az