Əfqan Sadıqov həbs edildi

FHN: Bakıda fərdi yaşayış evlərində baş verən yanğın söndürülüb


Fövqəladə Hallar Nazirliyi Bakıda fərdi yaşayış evlərində baş verən yanğınla bağlı məlumat yayıb

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Nəsimi rayonu ərazisində taxta konstruksiyalardan ibarət, bitişik tikilmiş iki fərdi yaşayış evində (hazırda yaşayış olmayan və sökülməkdə olan) yanğın baş verib.

Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Ərazidəki digər evlər yanğından mühafizə olunub və yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 MilliYol.Az
FHN: Bakıda fərdi yaşayış evlərində baş verən yanğın söndürülüb - Milliyol.az