“Fənərbağça”nın ulduz futbolçusu həbs edildi

Bu gecə İstanbulda Türkiyəyə qeyri-qanuni yollarla lüks avtomobil gətirən və sənədləri saxtalaşdıran cinayətkar qruplaşmaya qarşı əməliyyat keçirilib

 Lent.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində 46 nəfər tutulub. Tutulanlar arasında "Fənərbağça" klubunun ulduz futbolçusu Ozan Tufan da var. Onlar hazırda Maslakdakı təcridxanada saxlanılır.
 
Qeyd edək ki, əməliyyatdan əvvəl polis 6 ay müddətində fiziki və texniki təqib tədbirləri həyata keçirib.

MilliYol.Az
“Fənərbağça”nın ulduz futbolçusu həbs edildi - Milliyol.az