Əfqan Sadıqov həbs edildi

"Evlərini, maşınlarını satır, gözləri başqasında qalır" - Namiq


“Yaxşı istirahət etdim, amma xaricə getmədim. Söyləmişdim ki, Avropaya gedəcəm, alınmadı. Bakıda, Abşeron yarımadasında istirahət etdim. Bununla da mənim istirahətim bitdi. Hazırda yeni mahnılar üzərində çalışıram"

Axşam.az-ın məlumatına görə, bu sözləri meyxanaçı Namiq Qataçuxurlu “ARB Ulduz”un “Şou məkan” verilişinə açıqlamasında deyib. 

Sənətçi solo konsertə hazırlaşdığını bildirib:

“Gələn ilin martında, Novruz bayramına yaxın Heydər Əliyev Sarayında konsert verəcəm. Ancaq bizdə təşkilatçı problemi var. Öncəki konsertin hələ də qonorarını ala bilməmişəm. O problemlər hələ var. Bu dəfə özümüz təşkilatçılıq edəcəyik.

Konsertlər edirlər pulu özləri qoyurlar. Ziyana düşürlər, evlərini, maşınlarını satırlar, banka girirlər. Üstəlik onun-bunun malında da gözləri qalır. Mən elə şeylər eləmərəm. Nəyə gücüm çatır, onu edərəm. Konsertə külli miqdarda pul xərcləmərəm”.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

"Evlərini, maşınlarını satır, gözləri başqasında qalır" - Namiq - Milliyol.az