Əfqan Sadıqov həbs edildi

“Eurovision Fərid” Nyu-Yorkda kuryer işləyir

Müğənni Fərid Məmmədov ABŞ-a köçüb

MilliYol.Az Axşam.az-ya istinadən xəbər verir ki, iki il bundan əvvəl Nigar adlı xanımla ailə quran Fərid müğənniliyin də daşını atıb.

O, xanımıyla 1 ildən artıqdır ki, Amerikada yaşayır. 28 yaşlı ifaçı Nyu-Yorkda kuryer kimi fəaliyyət göstərir.

Xatırladaq ki, müğənni “Eurovision – 2013” mahnı müsabiqəsinə Azərbaycanı təmsil edib, ikinci yerin sahibi olub.

Qeyd edək ki, Fəridin toyu mediaya qapalı keçirilmişdi. Hətta toyda bəylə gəlinlə şəkil çəkdirmək də qadağan olunmuşdu.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

“Eurovision Fərid” Nyu-Yorkda kuryer işləyir - Milliyol.az