Nazir sektor müdirinə yüksək vəzifə verdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr təyinatı olub.
Umayra Tağıyeva Nazirliyin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
U.Tağıyeva 2018-ci ilin may ayından etibarən həmin şöbənin ictimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri vəzifəsində çalışırdı.
Qeyd edək ki, Umayra Tağıyeva bu vəzifədə İradə İbrahimovanı əvəz edib. (report.az)



































