Əfqan Sadıqov həbs edildi

ETSN: Bayılda sürüşmənin uzunluğu 200-220 metr, eni 100-130 metr arasında dəyişir



“Bayıl yamacında sürüşmə sahəsinin uzunluğu 200 – 220 metr, eni 100 – 130 metr, qırılma qaşının hündürlüyü 5 – 12 metr arasında dəyişir”

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. 

O qeyd edib ki, Zığda, Masazır və Nübar qəsəbələrində təbii və texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub.

Qeyd edək ki, Bakı Televiziya Qülləsindən 200 - 250 metr cənub - şərqdə ötən ay sürüşmə prosesi baş verib. Sürüşmə nəticəsində 4 ev dağılıb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

ETSN: Bayılda sürüşmənin uzunluğu 200-220 metr, eni 100-130 metr arasında dəyişir - Milliyol.az