Ermənistanın müdafiə naziri Azərbaycanla sərhəddə - Foto


Ermənistanın müdafiə naziri Davit Tonoyan bu gün Ermənistanın şimal-şərqində yerləşən döyüş mövqelərinə gəlib

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Davit Tonoyan "Facebook" səhifəsində yazıb.

Məlumata görə, döyüş mövqelərində olan Tonoyan operativ vəziyyətlə tanış olub və hərbi hissə komandirləri ilə görüş keçirib.