Əfqan Sadıqov həbs edildi

Ermənistanda skandal hadisə: iki məmurun telefon danışıqları yayıldı

Ermənistan hakimiyyətinin iki aparıcı fiquru ilə bağlı sensasion xəbər var

Bununla bağlı musavat.com erməni mediasına istinadən xəbər verir.

Məlumatda deyilir ki, internetdə milli təhlükəsizlik xidmətinin direktoru Artur Vanetsyanın və xüsusi istintaq xidməti rəisi Sasun Xaçatryanın telefon danışığının səs yazısı yayılıb. Bildirilir ki, söhbət bir neçə telefon danışığından gedir.

Erməni mediası hər iki qurumla əlaqə saxlayıb, bu skandal hadisə ilə bağlı münasibət öyrənmək istəsə də, cəhdlər nəticəsiz qalıb.

Qeyd edək ki, son zamanlar Ermənistan Qərblə Rusiyanın mübarizə apardığı məkan kimi xarakterizə olunur və güc mərkəzləri bu ölkədə toqquşur.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Ermənistanda skandal hadisə: iki məmurun telefon danışıqları yayıldı - Milliyol.az