Ermənistan Qarabağda itki verdi


Avqustun 14-də saat 11 radələrində işğalçı Ermənistan ordusu işğal altındakı Azərbaycan ərazilərində itki verib

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, məhv edilən hərbçi 1998-ci il təvəllüdlü Arman Samveloviç Movsisyandır. Ölümcül güllə yarası alan erməni əsgəri xilas etmək mümkün olmayıb. Qarabağdakı separatçı rejim hadisənin şimal-şərq istiqamətindəki döyüş mövqelərinin birində baş verdiyini açıqlayıb.

Ölümün səbəblərinin araşdırıldığı bildirilir.

MilliYol.Az