Əfqan Sadıqov həbs edildi

Ermənistan diplomatların səfərdə olduğu Bərdəni atəşə tutdu

Bərdə və Goranboy rayonlarının ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.

Bu barədə Ann.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, hazırda Azərbaycandakı diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Bərdə şəhərində səfərdədir. Onları Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Baş Prokuror Kamran Əliyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov müşayiət edir.

 

Bu dövrdə xəbər yoxdur.

Ermənistan diplomatların səfərdə olduğu Bərdəni atəşə tutdu - Milliyol.az