Əfqan Sadıqov həbs edildi

Ermənistan Azərbaycan Ordusunun mühəndis texnikasını atəşə tutdu

Ermənistan Azərbaycan Ordusunun mühəndis texnikasını atəşə tutub.

Bu barədə MilliYol.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 12-si saat 12:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətində infrastrukturun bərpası məqsədilə tikinti-quruculuq işləri aparan mühəndis texnikamıza müxtəlif çaplı atıcı silahlardan atəş açıb.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb.

 

Bu dövrdə xəbər yoxdur.

Ermənistan Azərbaycan Ordusunun mühəndis texnikasını atəşə tutdu - Milliyol.az