Əfqan Sadıqov həbs edildi

Ermənilər Tbilisidə qəzaya düşdü

Gürcüstanın paytaxtı Tbilisidə ötən gecə baş verən ağır yol qəzasında Ermənistanın 8 vətəndaşı ciddi xəsarət alıb

Bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, gecə saat 02:58 radələrində Tbilisinin “Pravaya Naberejnaya” küçəsində “Mercedes Minivan” və “Mercedes CLK” markalı iki avtomobil toqquşub. Nəticədə “Mercedes Minivan”da olan 8 erməni ağır xəsarət alaraq Tbilisidəki 5 müxtəlif xəstəxanaya yerləşdiriliblər. Yaralanan ermənilərdən biri 7 yaşlı uşaqdır.

“Mercedes CLK” markalı avtomobilin sürücüsü isə Gürcüstanın 46 yaşlı vətəndaşı Oleq Omarovdur.(azvision.az)

MilliYol.Az

Ermənilər Tbilisidə qəzaya düşdü - Milliyol.az