Erməni hərbi birləşmələri yaşayış məntəqələrini atəşə tutmaqda davam edir



Erməni hərbi birləşmələri yaşayış məntəqələrini atəşə tutmaqda davam edir

MilliYol.Az APA-ya istinadən xəbər verir ki, Goranboy rayonunun təmas xəttində yerləşən yaşayış məntəqələri iyulun 6-sı saat 23:00-dan 23:15-dək və iyulun 7-si saat 00:15-dən 00:30-dək iriçaplı silahlardan atəşə tutulub.
 
Nəticədə düşmənlə təmas xəttində yerləşən Tap Qaraqoyunlu kəndində 3 fərdi yaşayış evinin dam örtüyünə yüngül ziyan dəyib.
 
İtki və tələfat yoxdur.

MilliYol.Az
Erməni hərbi birləşmələri yaşayış məntəqələrini atəşə tutmaqda davam edir - Milliyol.az