Əfqan Sadıqov həbs edildi

Ərdoğan Trampın verdiyi yemək ziyafətinə qatılmamasının səbəbini açıqladı

Prezident Rəcəb Tayyib Ərdoğan Almaniya səfərindən öncə təyyarədə jurnalistlərin suallarını cavablandırıb

Ərdoğan ABŞ Prezidenti Donald Trampın verdiyi yemək ziyafətinə nə üçün qatılmadığını açıqlayıb:


"(Tramp-Erdoğan qarşılaşması) Elə bir səmimi şəraitdə bir qarşılaşma oldu. ABŞ rəhbərliyindən o məlum şəxslər də vardı yanında. Mayk Pens, Mayk Pompeo, Milli Təhlükəsizlik müşaviri Bolton da yanında idilər. Sonra xanım Tramp orada idi. Naharda görüşərik - dedi, amma mən nahara getmədim.

Sisi ilə eyni masada əyləşmərəm

Bəllidir ki, ailə fotoqrafçısı olur bu iclaslarda. Günorta yeməyində yanaşı masalarda oturmuşduq. Onun masasında Misirin dövlət başçısı Sisi vardı, onun üçün o masaya getməyim söz mövzusu ola bilməzdi, bu haqda yoldaşlara da bildirdik. Rusiya xarici işlər naziri Sergei Lavrovla bol-bol Suriya məsələsini danışmaq fürsətimiz oldu və oradan ayrılıb, digər görüşlərimizə keçdik". (muxalifet.az)

MilliYol.az

Bu dövrdə xəbər yoxdur.

Ərdoğan Trampın verdiyi yemək ziyafətinə qatılmamasının səbəbini açıqladı - Milliyol.az