Əfqan Sadıqov həbs edildi

Elxan Məmmədov arzusuna çatdı

Bu gün AFFA İcraiyyyə Komitəsinin iclası keçirilib.

MilliYol.Az xəbər verir ki, konfransda AFFA-nın yeni icraçı-vitse prezidenti də məlum olub. Bu, Elxan Məmmədovdu. Bu barədə Məmmədov jurnalistlərə açıqlamasında məlumat verib.

Rauf Əliyevlə Elşad Nəsirov isə vitse-prezident postlarında qalıb. AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov isə yeni vitse-prezident olub.

Elxan Məmmədov bundan əvvəl AFFA-da baş katib postunu tuturdu. O, bundan sonra da bu vəzifəni daşıyacaq. Yəni həm icraçı vitse-prezident, həm də baş katib kimi fəaliyyət göstərəcək.

Milli komandanın baş məşqçisi postuna isə təyinat olmayıb.

Bu dövrdə xəbər yoxdur.

Elxan Məmmədov arzusuna çatdı - Milliyol.az