Əfqan Sadıqov həbs edildi

Ələt-Astara yolunda yük maşını qəzaya uğradı


Bu gün səhərə yaxın Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Xıdırlı kəndindən keçən 24-ci kilometrliyində “KamAZ” markalı yük maşını yolun kənarında dayanmış digər “KamAZ”a çırpılıb

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, qəza törədən maşının sürücüsü, Tovuz rayonunun Dondar Quşçu kəndinin 47 yaşlı sakini Quliyev Süleyman İsa oğlu aşağı ətraflarından xəsarətlər aldığı üçün Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Daha dəqiq desək, avtomobildə sıxılıb qalmış sürücünü Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin xilasediciləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Ələt-Astara yolunda yük maşını qəzaya uğradı - Milliyol.az