Əfqan Sadıqov həbs edildi

Ələt-Astara yolunda qəza: 6 yaralı


Ələt-Astara yolunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib

Lent.az xəbər verir ki, magistralın 75-ci kilometrliyində - Salyan rayonu ərazisində "Ford" markalı, 10 JV 344 dövlət qeydiyyat nişanlı mikroavtobus maneəyə çırpılıb. 

Nəticədə mikroavtobusda olan 4 kişi və 2 qadın müxtəlif dərəcəli xəsarətlər alıb. 

Yaralılardan biri 4 yaşlı qızdır.

Faktla bağlı araşdırma aparılır.
Ələt-Astara yolunda qəza: 6 yaralı - Milliyol.az