Əfqan Sadıqov həbs edildi

Eldar Əzizov Bakının hədəfini açıqladı

“Bakıda ötən ildə 430 min kvadratmetrdən çox yaşayış sahəsi istifadəyə verilib”

Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Eldar Əzizov paytaxtda keçirilən 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniş iclasında bildirib.

O deyib ki, Bakıya kapital qoyuluşlarının həcmi 12 mlrd. manat təşkil edib. Onun sözlərinə görə, son 5 il ərzində Azərbaycan paytaxtında ticarət dövriyyəsi iki dəfə artaraq, təxminən, 20 mlrd. manat təşkil edib.

“İnfrastrukturun inkişafı turistlərin sayının sürətlə artmasına gətirib çıxarıb. Belə ki, 9 ay ərzində Bakıya, təqribən, 1,5 mln. turist səfər edib. İlin sonuna ötən illə müqayisədə 20%-lik artım gözlənilir”, – o diqqətə çatdırıb.

E.Əzizovun sözlərinə görə, Rusiya vətəndaşları gələn turistlərin təqribən 30%-ni təşkil edirlər.

O həmçinin vurğulayıb ki, Bakı Rusiya regionları ilə əməkdaşlığı genişləndirməyi hədəf seçib. (report.az)

MilliYol.az

Bu dövrdə xəbər yoxdur.

Eldar Əzizov Bakının hədəfini açıqladı - Milliyol.az