Əfqan Sadıqov həbs edildi

Əhalinin banklardakı əmanətləri azalıb


Cari ilin aprel ayının 1-nə banklarda əhalinin əmanətlərinin həcmi 7 milyard 580 milyon manat təşkil edib

Maliyyə Bazarlarına Nəzarət Palatasından  verilən məlumata görə, mart ayında əhalinin əmanətləri 157,2 milyon manat azalıb.

28 fevral 2018-ci il tarixində banklarda əhalinin 7 milyard 737 milyon manat əmanətləri var idi.

Xatırladaq ki, ötən ilin sonunda banklardakı əmanətlərin həcmi 7 milyard manat 542,5 milyon manat təşkil edirdi. Yəni yanvar-fevral aylarında əmanətlərin artımı baş vermişdi. Amma martda əmanətlər yenidən azalmağa başlayıb. 

Əmanətlərin azalmasının əsas səbəbi bankların faizləri endirməsidir.
Əhalinin banklardakı əmanətləri azalıb - Milliyol.az