Əfv Komissiyasının növbəti iclası keçiriləcək


Bu həftə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının keçirilməsi gözlənilir

Bu barədə AzVision.az-a komissiyanın üzvü Əliməmməd Nuriyev bildirib.

Onun sözlərinə görə, Əfv Komissiyası fasiləsiz işləyir və iclasları mütəmadi olaraq keçirilir. 

Qeyd edək ki, bu günə qədər keçirilən 2 iclasda 200-dən çox müraciətə baxılıb. Komissiyaya 1000-dək müraciət daxil olub. 

Novruz bayramı ərəfəsində prezident İlham Əliyev tərəfindən növbəti əfv sərəncamının imzalanması gözlənilir.
Əfv Komissiyasının növbəti iclası keçiriləcək - Milliyol.az