Əfqan Sadıqov həbs edildi

Düşmən Ermənistan ərazisindən rayonlarımızı atəşə tutdu (RƏSMİ)

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

Bu barədə MilliYol.Az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 3-ü saat 00:25-dən 04:45-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.

Bu dövrdə xəbər yoxdur.

Düşmən Ermənistan ərazisindən rayonlarımızı atəşə tutdu (RƏSMİ) - Milliyol.az