Əfqan Sadıqov həbs edildi

Düşmən Cəbrayıl və Qubadlı istiqamətlərində geri çəkilməyə məcbur edildi

Oktyabrın 20-i gün ərzində və 21-ə keçən gecə cəbhənin Ağdərə, Füzuli- Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib.

Müdafiə Nazirliyindən MilliYol.az-a verilən xəbərə görə, düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək geri çəkilməyə məcbur edilib.

Bu dövrdə xəbər yoxdur.

Düşmən Cəbrayıl və Qubadlı istiqamətlərində geri çəkilməyə məcbur edildi - Milliyol.az