Əfqan Sadıqov həbs edildi

Düşmən alayları tapşırığı yerinə yetirmədi, mövqeləri ataraq qaçdı

Cəbhənin Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun atəş zərbələrinə tab gətirə bilməyən düşmən mövqeləri ataraq qaçıb.

Bu barədə MilliYol.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Məlum olub ki, Ermənistandan gətirilərək müdafiə zolağına yerləşdirilən 556-cı və 522-ci motoatıcı alayların bölmələri onlara tapşırılan hədlərə çıxmayıb.

Eyni zamanda şəxsi heyət hazırlıqsız, təcrübəsiz və intizamsız olmaqla yanaşı, verilən əmr və tapşırıqlara da səhlənkar yanaşıb.

Bu dövrdə xəbər yoxdur.

Düşmən alayları tapşırığı yerinə yetirmədi, mövqeləri ataraq qaçdı - Milliyol.az