Əfqan Sadıqov həbs edildi

Dünyanı nüvə müharibəsinə aparan ölkələrin adı açıqlandı

Pentaqon rəhbəri Ceyms Mettis Virciniya Hərbi İnstitutunda çıxışı zamanı dünyanı nüvə müharibəsinə apara biləcək 3 ölkənin adını çəkib

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu ölkələr arasında ən böyük təhlükənin Rusiyadan qaynaqlandığını deyib.

Bununla yanaşı, Pentaqon rəhbəri Şimali Koreya və Çinin də dağıdıcı müharibəyə başlaya biləcəklərini istisna etməyib.

“Bu real təhlükədir və biz bununla tez-tez üzləşirik. Nüvə müharibəsini udmaq olmaz. Ona görə də müharibə başlamamalıdır”.

Mettis nüvə bombasını tətbiq edəcək ölkənin ən ağır zərbələrə məruz qalacağını da vurğulayıb.

MilliYol.az

Bu dövrdə xəbər yoxdur.

Dünyanı nüvə müharibəsinə aparan ölkələrin adı açıqlandı - Milliyol.az