Əfqan Sadıqov həbs edildi

Dünya çempionatının finalında Cəbrayıl Həsənovun rəqibi amerikalı güləşçi olacaq

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir

İkinci yarış günündə 57, 65, 79 və 92 kiloqram çəkidə çıxış edən güləşçilər mübarizə aparıblar.

Mübarizəyə 1/8 finaldan qoşulan Cəbrayıl Həsənov çətinlik çəkmədən Puerto-Riko idmançısına qalib gəlib. Yığmamızın kapitanı 1/4 finalda Belarus təmsilçisi üzərində də inamlı qələbə qazanaraq yarımfinala adlayan ilk güləşçimiz olub. Finalın bir addımlığında Cəbrayıl əsl əzmkarlıq nümayiş etdirib. İranlı güləşçi 3:0 hesabı ilə önə keçsə də, son yarım dəqiqədə möhtəşəm geridönüş edən həmyerlimiz karyerasında ilk dəfə finala yüksəlib. C.Həsənov oktyabrın 22-də finalda amerikalı Kayl Duqlas Deyklə qarşılaşacaq.

Hacı Əliyev mundialla erkən vidalaşıb. Bir ay əvvəl Belarusda dizindən zədələnən 3 qat dünya çempionumuz bunun acısını kubalı güləşçi ilə görüşdə çəkib.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Dünya çempionatının finalında Cəbrayıl Həsənovun rəqibi amerikalı güləşçi olacaq - Milliyol.az