Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Xarici Kəşfiyyat Xidmətinin (XKX) əməkdaşlarına dövlət qulluqçusu statusu verilib.
MilliYol.Az-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev imzaladığı “Dövlət qulluğu haqqında” qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 358-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Sərəncamda 2.3-cü maddədə “milli təhlükəsizlik” sözləri çıxarılıb və “fövqəladə hallar” sözlərindən sonra “dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti” sözləri əlavə edilib.
MilliYol.Az



































