Dövlət başçısından yeni sədr təyinatı


Prezident İlham Əliyev sərəncam imzalayıb. "Milli Yol" xəbər verir ki, dövlət başçısı Rəşadət Əhməd oğlu Ağayevi Şirvan Apellyasiya Məhkəməsinin sədri təyin edib.

Ağayev Rəşadət Əhməd oğlu 10 yanvar 1964-cü ildə Naxçıvan şəhərində anadan olub. 1987-1993-cü illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Sonrakı illərdə Bakı Poçtamtında çeşidləyici, DİN-nin avtotəsərrüfat idarəsində çilingər, Azavtonəqliyyat texnika elmi-istehsalat birliyində mexanik, Azavtonəqliyyat texnika elmi-istehsalat birliyində şöbə müdiri, Bakı şəhəri “İrazər birgə müəssisəsində” mexanik işləyib. 1993-2000-ci illərdə Ali Məhkəmənin Hərbi Kollegiyasının məhkəmə iclas katibi, 2000-2007-ci illərdə şəhəri Qaradağ rayon məhkəməsinin hakimi, 2007-2008-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi, 2008-ci ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi olub.

Ailəlidir, 3 övladı var.

"Milli Yol" 
Dövlət başçısından yeni sədr təyinatı - Milliyol.az