Əfqan Sadıqov həbs edildi

DİN-in mətbuat xidmətinə yeni rəhbər təyin olunub



Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə yeni rəhbər təyin olunub

MilliYol.Az APA-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu barədə əmr imzalayıb.
 
Əmrə əsasən DİN-in mətbuat xidmətinin rəisi müavini, polis polkovniki Ehsan Zahidov tutduğu vəzifədən azad edilərək mətbuat xidmətinin rəisi təyin edilib.
 
DİN-in mətbuat xidmətindən yeni təyinatı təsdiqləyiblər.
 
Qeyd edək ki, 22 il DİN-in mətbuat xidmətinin rəhbəri olmuş Sadiq Gözəlov bir müddət əvvəl təqaüdə göndərilib. 

MilliYol.Az
DİN-in mətbuat xidmətinə yeni rəhbər təyin olunub - Milliyol.az