Əfqan Sadıqov həbs edildi

DİN:"Abşeronda nəvə nənəsini tamah məqsədi ilə qətlə yetirib"



Daxili İşlər Nazirliyi Abşeronda törədilən qətllə bağlı məlumat yayıb

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 8-də Abşeron rayonunun Saray qəsəbəsində yaşayan Nicat Muradovun evində Qax rayon sakini olan qayınanası Xədicəbəyim Seyidəliyevanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Evdən qızıl əşyaların oğurlanması da müəyyənləşib.

Abşeron Rayon Polis İdarəsi və rayon Prokurorluğu  əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Nihat Muradov saxlanılaraq istintaqa təhvil verilib. 

Araşdırmalarla hadisənin tamah məqsədilə törədilməsi müəyyən edilib və ondan qızıl əşyalar maddi sübut kimi götürülüb.

N.Muradov öldürülən qadının nəvəsidir.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

DİN:"Abşeronda nəvə nənəsini tamah məqsədi ilə qətlə yetirib" - Milliyol.az