Əfqan Sadıqov həbs edildi

DİM 38 şagirdin qiymətini dəyişdirdi


Dövlət İmtahan Mərkəzi ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi imtahanının I mərhələsində yazılmış inşaların (esselərin) nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasının nəticələrini açıqlayıb

DİM-dən Lent.az-a verilən məlumata görə, ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanının I mərhələsində yazılmış inşaların (esselərin) nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasına 111 şagird (bütün inşa yazanların 0,41%-i) inşa üzrə qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib.  Onlardan 38 şagirdin (bütün inşa yazanların 0,14%-i) inşasının qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə inşanın yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib. 

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

DİM 38 şagirdin qiymətini dəyişdirdi - Milliyol.az