Əfqan Sadıqov həbs edildi

Deputat məktəbdə baş vermiş biabırçılıqdan danışdı: “Təlim-tərbiyə işi zəifdir”


“Əgər video-görüntüdəki hadisə dərs zamanı baş veribsə, bu, məktəbdə təlim-tərbiyə işinin zəif olmasının göstəricisidir”

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı, Elm və Təhsil Komissiyasının üzvü Kamilə Əliyeva Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində şagirdlər arasında baş vermiş seksual hərəkətlərdən danışarkən deyib.

Video-görüntü ilə bağlı məlumatlardan xəbərdar olan deputat, məktəbdə baş verənlərə hüquqi qiymət veriləcəyini qeyd edib: “Bütün bu halların baş verməməsi üçün məktəblərdə təlim-tərbiyə isini nəinki şagirdlər, hətta mən deyərdim ki, valideynlər arasında da gücləndirmək lazımdır. Sovet dövründə məktəblərdə təlim-tərbiyə işləri üzrə direktor müavini statı vardı. İndi bilmirəm o ştat var, ya yox – amma olmalıdır. Biz hadisənin nə vaxt baş verdiyini də bilmirik. Əgər dərs vaxtı baş veribsə, bu, məktəbdə təlim-tərbiyə işinin zəif olmasının göstəricisidir”.

Deputat bu hadisədə təkcə məktəb kollektivini deyil, şagirdlərin valideynlərini də qınayıb: “Hər şeyi məktəbin üstünə atmaq doğru deyil. Bəs valideyn nə üçübdür? Mən bu hadisədə məktəbdən çox valideynləri qınayıram. Hər şey ailədən gəlir”.

Qeyd edək ki, Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 7-ci sinif şagirdi olan qız ilə 11-ci sinif şagirdi olan oğlan arasında baş vermiş intim münasibətin video-görüntüsü yayılıb. Məsələ ilə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Bu dövrdə xəbər yoxdur.

Deputat məktəbdə baş vermiş biabırçılıqdan danışdı: “Təlim-tərbiyə işi zəifdir” - Milliyol.az