Əfqan Sadıqov həbs edildi

Deputat: “AzTV-yə 32 milyon ayırmağa ehtiyac yoxdur“

"Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bizim ingilis dilində dilində telekanal açmağımız lazımdır".

MilliYol.Az musavat.com-a istinadən xəbər verir ki, bunu Milli Məclisdəki çıxışında deputat Qüdrət Həsənquliyev bildirib.

Millət vəkili Ukrayna, Qazaxıstan nümunəsində belə telekanalların olduğunu deyib.

Deputat digər kanallara ayrılan vəsaitləri xatırladıb:

"Biz 32 milyon AzTV-yə, 12 milyon da İTV-yə vəsait ayırırıq. Ancaq bu kanalların digər özəl kanallardan heç bir üstünlüyü yoxdur. Olmazmı ki, biz bu vəsaiti ingilis dilində yayımlanan kanalların açılmasına yönəldək? Prezidentin sərəncamını oxuduğuna görə AzTV-ni saxlayıb, ora 32 milyon ayırmağa heç bir ehtiyac yoxdur. Onsuz da digər televiziyalar böyük həvəslə prezidentin sərəncamlarını oxuyur, səfərlərini işıqlandırırlar”.

MilliYol.Az 

Bu dövrdə xəbər yoxdur.

Deputat: “AzTV-yə 32 milyon ayırmağa ehtiyac yoxdur“ - Milliyol.az