Əfqan Sadıqov həbs edildi

Dənizdə batan 31 yaşlı kişinin meyiti tapıldı


Bakıda dənizdə batan 31 yaşlı kişinin meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a istinadən xəbər verir ki, iyulun 13-də Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 10 km aralıda, nəzarətsiz ərazidə) batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Məmmədov Ruslan Namiq oğlunun axtarışları başa çatıb. 

R.Məmmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Dənizdə batan 31 yaşlı kişinin meyiti tapıldı - Milliyol.az