Əfqan Sadıqov həbs edildi

DÇ-2018-in açılış matçı tarixə düşəcək

Rusiyada keçiriləcək DÇ-2018-in açılış matçında meydan sahibi Rusiya ilə Səudiyyə Ərəbistanı yığması qarşılaşacaq

Apasport.az saytının məlumatına görə, iyunun 14-də keçiriləcək oyun mundialların tarixinə düşəcək. Belə ki, milli komandalar arasında reytinq sıralamasının tətbiq olunduğu 1993-cü ildən bəri ilk dəfə açılış oyununda çempionatda iştirak edən komandalar arasında ən aşağı reytinqli iki komanda ilk matçda üz-üzə gələcəklər.
 
FİFA-nın son açıqlanan reytinq sıralamasında Rusiya 65, Səudiyyə Ərəbistanı isə 63-cü sırada qərarlaşıb.
 
Reytinq sıralaması hesablanandan bəri keçirilmiş dünya çempionatlarının aşılış oyunlarında aşağıdakı komandalar qarşılaşıblar.
 
DÇ-1994. ABŞ – İsveçrə
DÇ-1998. Braziliya – Şotlandiya
DÇ-2002. Fransa – Seneqal
DÇ-2006. Almaniya – Kosta-Rika
DÇ-2010. CAR – Meksika
DÇ-2014. Braziliya – Xorvatiya

Bu dövrdə xəbər yoxdur.

DÇ-2018-in açılış matçı tarixə düşəcək - Milliyol.az