Daşkəsən şəhərində 2 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib
Report-un məlumatına görə, VAZ-2107 və VAZ-2106 markalı avtomobillərin toqquşması zamanı ikinci maşın zərbənin gücündən yol kənarına aşıb.
Qəza nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alıb. Bunlar 1989-cu il təvəllüdlü Göygöl rayon sakini İsmayılov Seymur İsa oğlu və 1994-cü il təvəllüdlü Daşkəsən rayon sakini Həsənov İsmət Vasif oğludur.
Hər iki yaralının vəziyyəti normaldır. Həmçinin avtomobillərə ciddi ziyan dəyib.
Hazırda ərazidə DYP əməkdaşları tərəfindən qəzanın dəqiq baş vermə səbəbləri araşdırılır.































