Daşkəsəndə maşın dərəyə aşdı

Daşkəsən rayonunda ölümlə nəticələnən yol qəzası baş verib

Hadisə Daşkəsən-Əmirvar avtomobil yolunun Gurbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Gurbulaq kənd sakini, 1975-ci il təvəllüdlü Razayev İlqar Həmid oğlu "VAZ-2121" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın dərəyə aşıb. Ağır bədən xəsarətləri alan sürücü xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı Daşkəsən Rayon Polis şöbəsində araşdırma aparılır. (report.az)

MilliYol.az