Rusiyanın "Krasnodar" klubunun baş məşqçisi Murad Musayev karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.
Fanat.Az-ın məlumatına görə, Musayev baş məşqçi axtarışını sürətləndirən "Sabah"ın namizədlər siyahısında ilk sıralarda yer alır.
“Sabah”da uğurlu nəticələri və cəsarətli oyun üslubu ilə diqqət çəkən Valdas Dambrauskasın Avropa klublarından gələcək cəlbedici təklifləri dəyərləndirərək mövsümün sonunda və ya daha əvvəl komandadan ayrılacağı gözlənilir. Litvalı mütəxəssis komandanı tərk edəcəyi təqdirdə, rəhbərliyin sükanı tapşırmaq istədiyi ilk və əsas namizəd məhz Murad Musayevdir.
Təcrübəli mütəxəssis Azərbaycan futboluna və "Sabah" mühitinə yaxından bələddir. O, 2021-2024-cü illərdə paytaxt təmsilçisini çalışdırıb və komandaya tarixində ilk dəfə Azərbaycan Premyer Liqasının gümüş medallarını qazandıraraq avrokuboklara vəsiqə təmin etmişdi. Musayevin də öz növbəsində köhnə klubuna qayıtmaq ideyasına müsbət yanaşdığı bildirilir.
































