Əfqan Sadıqov həbs edildi

Daha bir yüksək vəzifəli məmur koronavirusdan vəfat etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Alim Süleymanov vəfat edib.

Bu barədə MilliYol.Az-a Komitədən məlumat verilib. Qeyd edilib ki, Alim Süleymanov koronavirus səbəbindən vəfat edib.

Qeyd edək ki, A.Süleymanov 22 sentyabr 1955-ci ildə Zəngilan rayonunda anadan olub. O, 2015-ci ildən Komitənin Aparat rəhbəri vəzifəsində çalışırdı.

A.Süleymanov dövlət qulluğunda səmərəli fəaliyyətinə görə ölkə Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

Daha bir yüksək vəzifəli məmur koronavirusdan vəfat etdi - Milliyol.az