Dağlıq Qarabağda erməni əsgəri məhv edildi

Azərbaycan Ordusunun cəbhədə atəşkəs rejiminin pozulmasına cavab olaraq açdığı atəş nəticəsində erməni əsgər öldürülüb.

APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, Dağlıq Qarabağda öldürülən əsgər 20 yaşlı Andranik Musikyandır.

A. Musikyan yanvarın 18-də saat 14 radələrində cavab atəşi ilə məhv edilib.

MilliYol.Az
Dağlıq Qarabağda erməni əsgəri məhv edildi - Milliyol.az