ÇL-in sabahkı oyunları almanlara tapşırıldı


Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk iki cavab oyununun hakimləri müəyyənləşib

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, sabah keçiriləcək hər iki oyunu almaniyalı hakimlər briqadası idarə edəcək.

PSJ – “Real” matçını Feliks Brix idarə edəcək. “Liverpul”-“Porto” oyunu isə Feliks Zvayerə tapşırılıb.

Qeyd edək ki, hər iki görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

ÇL-in sabahkı oyunları almanlara tapşırıldı - Milliyol.az