Əfqan Sadıqov həbs edildi

Cey Zi Beyonsa xəyanət etdiyini boynuna aldı

Reper Cey Zi müğənni xanımı Beyonsa xəyanət etdiyini boynuna alıb

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, reper bu sədaqətsizliyinin keçmişdə yaşadığı acılardan qaynaqlandığını deyib:
 
“Həyatda qalmaq üçün nə edərsiniz? Bütün hisslərinizi dondurarsınız. Qadınlara qarşı da... Duyğusal olaraq qapalı olsanız, kiməsə aşiq olmağınız da mümkün deyil. Hər şey bundan sonra başlayar: sədaqətsizlik meydana gələr”. 

Cey Zi bir müddət özlərinə yeni şans vermək üçün Beyonsla ortaq layihələrə imza atdıqlarını bildirib:

“Bu cəhdimiz, əksinə, aramızda yeni problemlərə səbəb oldu. Çox insan sakitcə başını götürüb gedir. Ən acınacaqlı şey kiminsə ona əzab çəkdirdiyinizi hiss etdirməsidir və özünüzlə üz-üzə gəlməyinizin fərqinə varırsınız”.
 
Cey Zinin bu açıqlamaları Beyonsla boşanma mərhələsində olmaları ilə bağlı dedi-qodular yaradıb.

Bu dövrdə xəbər yoxdur.

Cey Zi Beyonsa xəyanət etdiyini boynuna aldı - Milliyol.az