Əfqan Sadıqov həbs edildi

Cəlilabadda yol qəzası: 1 yaralı


Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib

Cəlilabad rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, iki minik avtomobilinin toqquşması nəticəsində 2012-ci təvəllüdlü şəhər sakini Əhmədov Mədət Məzahir oğlu yaralanıb.

Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Cəlilabadda yol qəzası: 1 yaralı - Milliyol.az