Əfqan Sadıqov həbs edildi

Cəlilabadda fəhlələri daşıyan mikroavtobus yandı - Video


Cəlilabadda mikroavtobus yanıb

"Report" xəbər verir ki, hadisə Əliqasımlı kəndində baş verib.

Belə ki, Biləsuvar rayonuna məxsus sərnişin daşıyan mikroavtobus anidən alovlanmağa başlayıb. Həmin anda mikroavtobusda 10-a yaxın fəhlə olub. Fəhlələr avtobusdan təxliyə edilib, alov isə daha da güclənib. Yanğın yerli sakinlər tərəfindən söndürülüb.

İlkin məlumata görə, hadisə zamanı 1 nəfər qoxudan huşunu itirib. Ona hadisə yerində ilkin yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.


Cəlilabadda fəhlələri daşıyan mikroavtobus yandı - Video - Milliyol.az