Əfqan Sadıqov həbs edildi

Cəbhədə hər iki ayağını itirən Sərxanın toyu oldu - FOTO/VİDEO

Qarabağ qazisi Sərxan Tahirzadənin toyu olub.

MilliYol.Az qaziler.az saytına istinadən xəbər verir ki, toy Bakıdakı məşhur şadlıq saraylarından biri keçirilib.

Toyda millət vəkilləri Qənirə Paşayeva, Məlahət İbrahimqızı, telejurnalist İlhamiyyə Rza, Qarabağ qazisi Rey Kərimoğlu, siyasətçi Etibar Məmmədov da iştirak edib.

Xatırladaq ki, Qarabağ qazisi Sərxan Tahirzadə 2014-cü ilin yayında hər iki ayağını Ağdam cəbhəsində-düşmən təxribatının qarşısını alarkən itirib.

MilliYol.Az
Cəbhədə hər iki ayağını itirən Sərxanın toyu oldu - FOTO/VİDEO - Milliyol.az