Cəbhədə düşmənin ucuş aparatı vuruldu - FOTO

Cəbhədə Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) vurulub.

Bu barədə MilliYol.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, martın 2-si günorta saatlarında cəbhənin Ağdam istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

MilliYol.Az